islamkingdomfaceBook


Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar:) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.

Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de!

Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!

(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir).

O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!

Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!

(Toz-torpağı) sovurub-dağıdan küləklərə;

Yağış yüklü buludlara;

Asanlıqla üzüb gedən gəmilərə;

Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,

Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).

Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!

O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür).

Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver!